Türkiyədə təlim-məşq toplanışında olan "Sumqayıt" bu gün qardaş ölkədə ilk yoxlama oyununu keçirib. 

Offsideplus.az xəbər verir ki, komanda Rumıniyanın "Petrolul" klubu ilə qarşılaşıb. Ploieşti təmsilçisi ilə görüş Qızılcahamam mərkəzi stadionunda keçirilib. Oyun 2:2 hesabı ilə yekunlaşıb. "Sumqayıt"ın qollarını Şəhriyar Əliyev, (16) və Rüfət Abdullazadə (38) vurub.

Qeyd edək ki, "Sumqayıt" Türkiyədə ümumlikdə 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda "Petrolul"la yanaşı, iyulun 24-də Türkmənistanın "Ahal", 29-da Türkiyə Super Liqa təmsilçisi "Gənclərbirliyi", avqustun 1-də isə 1-ci Liqa təmsilçisi "Akhisarspor" ilə qarşılaşacaq.