“Keşlə” futbol komandasının yay təlim-məşq toplanışının planı bəlli olub. 

Offsideplus.az-ın məlumatına görə, Tərlan Əhmədovun baş məşqçi olduğu kollektiv iyunun 20-dən məşqlərə Bakıda start verəcək. 

Komanda 4 yoxlama oyunu keçirməyi planlaşdırır. "Keşlə"nin iyunun 29-u və iyulun 24-dəki rəqibləri bəlli deyil. 

İyulun 5-də "Kapital Bank Arena"da "Sumqayıt"la qarşılaşacaq paytaxt təmsilçisi iyulun 13-də isə "Zirə"nin qonağı olacaq. Kollektivin hazırlığın ikinci mərhələsi üçün hansı ölkəyə yollanacağı isə bəlli deyil.

Qeyd edək ki, mövsümün sonunda bir neçə futbolçusu ilə yollarını ayıran "Keşlə" Rəşad Əzizli ("Sumqayıt"),Ruslan Qurbanov ("Səbail") və Franko Floresi ("Alki Oroklini", Kipr) heyətinə qatıb.