Transfer bazarında fəallığını artıran "Keşlə" heyətini daha bir əcnəbi futbolçu ilə gücləndirməyə hazırlaşır.

Offsideplus.az əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi yarımmüdafiəçi Jean Deretti ilə anlaşıb.

Braziliyalı pleymeyker baxışa deyil, birbaşa müqavilə imzalamaq üçün ölkəmizə gələcək. 26 yaşlı oyunçu ilə danışıqlar müsbət yekunlaşıb və yalnız münasibətlərin rəsmiləşdirilməsi qalıb.

"Fiqueyrense"nin yetirməsi olan Deretti Gürcüstan və Slovakiyada legioner həyatı yaşayıb. Onun son komandası məhz Slovakiya klubu "Senitsa" olub.

Deretti 2012-2014-cü illərdə Braziliyanın U-20 yığmasına da çağırılıb. Lakin futbolçu heç bir matçda iştirak etməyib.