"Sumqayıt" komandası futbolçusu Rail Məlikovla müqavilənin müddətini uzadıb. 

Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi 2019/2020 mövsümündə də "gənclik şəhəri" təmsilçisinin formasını geyinəcək. 

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 324 oyuna çıxan Məlikov həmin qarşılaşmaların 70-ni “Sumqayıt"ın heyətində keçirib. Oyunçu 2016-cı ildən bu klubun şərəfini qoruyur.