"Keşlə" klubu heyətini yeni futbolçu ilə gücləndirib. 

Offsideplus.az-ın məlumata görə, paytaxt təmsilçisi Azərbaycan millisinin futbolçusu Ruslan Qurbanovu heyətinə qatıb. 28 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, Ruslan Qurbanov 2018-2019 mövsümündə "Səbail"də çıxış edib. O, komanda ilə birlikdə Azərbaycan Premyer Liqasında bürünc medal qazanıb.