"Qəbələ" klubundan ayrılan Ürfan Abbasovun yeni klubu müəyyənləşib. 

Offsideplus.az xəbər verir ki, 26 yaşlı müdafiəçi "Səbail"də çıxış edəcək. Bu barədə klubun rəsmi Feysbuk səhifəsi məlumat yayıb. Müqavilənin müddəti haqda xəbər verilməyib.

Qeyd edək ki, "Səbail" bundan əvvəl qapıçı Kamal Bayramovu heyətinə cəlb edib