AFFA İntizam Komitəsi bu gün növbəti dəfə bir araya gəlib.

Offsideplus.az-ın məlumatına görə, qurum I divizion və futzal çempionatında baş verən neqativ hallara hüquqi qiymət verib.

Diqqət çəkən cəza I divizionun “Qarabağ-2” – “Kəpəz” görüşü ilə bağlı olub. Belə ki, qarşılaşma “Kəpəz”in ucbatından 10 dəqiqə gec başlayıb. Bu səbəbdən gəncəlilər 240 manat cərimə olunub.

Futzal üzrə İkinci Liqanın “Atletiko Baku” – “Təbriz” oyununda isə ikincilər iştirak etməyib. Bu üzdən “Təbriz”ə 0:5 hesablı texniki məğlubiyyət verilib.

Həvəskarlar liqasında isə “Neftçala” ilə görüşə çıxmayan “Fədək” komandası 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.