"Səbail" klubu daha iki futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, bunlar Azərbaycan millisinin müdafiəçisi Şəhriyar Rəhimov və yarımmüdafiəçiVüqar Beybalayevdir.

Paytaxt klubu Rəhimovla ikiillik, Beybalayevlə isə bir illik sözləşmə imzalayıb.

Qeyd edək ki, "Səbail" daha öncə kapitanı Rahid Əmirquliyev, qapıçısı Aleksandr Rıbka və hücumçusu Ağabala Ramazanovla da müqavilənin müddətini yeniləyib.