"Neftçi” komandasının 2019/2020 mövsümü üçün hazırlıq planı müəyyənləşib. 

Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, hazırlığın ilk mərhələsi iyunun 10-dan 15-dək Bakıda baş tutacaq.

Bu müddət ərzində tibbi baxışdan keçəcək komanda üzvləri fiziki testləri də yerinə yetirəcəklər.

Təlim-məşq toplanışının ikinci mərhələsi iyunun 15-dən iyulun 1-dək Türkiyədə olacaq. Topuk yaylası bölgəsində yerləşən "Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelində məskunlaşacaq komanda bu ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar iyunun 20-si, 25-i və 30-da olacaq. 

Qeyd edək ki, "Neftçi" 2018-2019 mövsümünü 58 xalla ikinci pillədə başa vurub.