Premyer Liqasının qalibi adına yiyələnən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov karyerasında 6-cı dəfə bu titula sahib çıxıb.

Offsideplus.az PFL-in saytına istinadən xəbər verir ki, Ağdam klubunun 2013/14, 2014/15, 2015/16, 2016/17 və 2017/18 mövsümlərindəki uğurlarında da pay sahibi olan mütəxəssis çempionluq sayında Azərbaycan rekorduna imza atıb. O, 5 dəfə belə uğura nail olan Ağasəlim Mircavadovu arxada qoyub. Ümumilikdə isə 10 baş məşqçi yetirmələrini qızıl medallara daşıyıb.

Qurbanov həm də baş məşqçi kimi yubiley medalını qazanıb. “Qarabağ”ın “sükanı arxası”nda iki gümüş və iki bürüncü də olan mütəxəssis Azərbaycan çempionatlarında 10-cü dəfə ilk “üçlüy”ə düşüb.

“Neftçi” ilə gümüş mükafata yiyələnən Roberto Bordin ölkəmizdə medal qazanan ilk italiyalı baş məşqçi olub. Aftandil Hacıyevin baş məşqçi kimi elitada ilk uğuru isə “Səbail”dəki bürüncdür. Bu iki mütəxəssis Azərbaycan çempionatları tarixində medal qazanan baş məşqçilərin sayını 37-yə çatdırıb.

Premyer Liqanın bütün mükafatçı baş məşqçiləri

AZƏRBAYCAN ÇEMPİONATLARI

mövsüm

çempion

II yer

III yer

1992

Əhməd Ələsgərov

Sabir Əliyev

Ruslan Abdullayev

1993

Ağasəlim Mircavadov

Sabir Əliyev

Ruslan Abdullayev

1993/94

Kazbek Tuayev

Ağasəlim Mircavadov

Mehman Allahverdiyev

1994/95

Mehman Allahverdiyev

Kazbek Tuayev

Vaqif Sadıqov

1995/96

Kazbek Tuayev

Nadir Qasımov

Mehman Allahverdiyev

1996/97

Kazbek Tuayev

Elbrus Abbasov

Rəşid Özbəyov

1997/98

Mehman Allahverdiyev

Yaşar Abdulov

Ramiz Kazımov

1998/99

Mehman Allahverdiyev

Asəf Namazov

Əhməd Ələsgərov

1999/2000

Ağasəlim Mircavadov

Mehman Allahverdiyev

Şamil Heydərov

2000/01

Ağasəlim Mircavadov

Oqtay Abdullayev

Qəhrəman Əliyev

 2001/02

Yarımçıq qalıb 

   

2002/03

Keçirilməyib

   

2003/04

Kazbek Tuayev

Qəhrəman Əliyev

Şahin Diniyev

2004/05

Ağasəlim Mircavadov

Rasim Kara

Yunis Hüseynov

2005/06

Böyükağa Hacıyev

Yunis Hüseynov

Agasəlim Mircavadov

2006/07

Ağasəlim Mircavadov

Qurban Qurbanov

Böyükağa Hacıyev

2007/08

Valentin Xodukin

Əsgər Abdullayev

Anatoli Demyanenko

2008/09

Qyoko Hacıyevski

Valentin Xodukin

Roman Pokora

 2009/10

Kaxaber Sxadadze

Cüneyt Biçər

Qurban Qurbanov

2010/11

Arif Əsədov

Mirça Rednik

Qurban Qurbanov

2011/12

Böyükağa Hacıyev

Yunis Hüseynov

Kaxaber Sxadadze

2012/13

Böyükağa Hacıyev

Qurban Qurbanov

Kaxaber Sxadadze

2013/14

Qurban Qurbanov

Kaxaber Sxadadze

Yuri Syomin

2014/15

Qurban Qurbanov

Kaxaber Sxadadze

Roman Qriqorçuk

2015/16

Qurban Qurbanov

Adil Şükürov

Roman Qriqorçuk

2016/17

Qurban Qurbanov

Roman Qriqorçuk

Zaur Svanadze

2017/18

Qurban Qurbanov

Roman Qriqorçuk

Tərlan Əhmədov

2018/19

Qurban Qurbanov

Roberto Bordin

Aftandil Hacıyev