"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqanın 26-cı turunda "Zirə"ni səfərdə 3:0 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransı keçirib.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə qarşılaşmanı dəyərləndirib.

- Öncə futbolçularımı təbrik edirəm. Vacib qələbə qəzandıq. Bəlkə oyun bir az sönük görünürdü. Ancaq çox əziyyət çəkdilər. Çox çalışdılar ki, düzgün oynasınlar. "Zirə"yə də uğurlar arzulayıram.

 
- "Zirə" 8 futbolçusunu qorumuşdu. Siz isə əsas heyətlə meydana çıxmışdınız. Hərçənd, sizi də kubokda çətin yarımfinal matçı gözləyir. İtkiləri göz önünə gətirirdiniz, yoxsa..?

- Hər oyuna əsas futbolçularımızın çıxmasını istəyirəm. Qəbələdə çox da rotasiya etməmişdik. Bu gün çempionat matçının bizim üçün vacib olduğunu bilirik. Eləcə də "Qəbələ"ylə kubok. Hər ikisi bizim üçün çox önəmlidir.

- Rəqibin heyətlə bağlı sürpriz edəcəyini gözləyirdiniz?

- Hardasa, bəli. Çünki Samir Abasov rotasiya etməyi çox xoşlayır. "Zirə"nin ən yaxşı oyununa hazırlaşmışdıq. Çempionatda son görüşdə bizə qarşı yaxşı oynamışdılar.

- "Neftçi" - "Sumqayıt" matçını stadiondan izləyəcəksiniz?

- Yəqin ki, çatmayacam, evdən izləyəcəm.(qol.az)