Şotlandiyanın "Seltik" klubu Bəhlul Mustafazadə ilə maraqlanır.

Offsideplus.az xəbər verir ki, bu barədə Goal.com saytı məlumat yayıb.

Qlazqo klubuna baxışa dəvət alan Bəhlul sonda müqavilə imzalayacağına ümid edir.

"Bu barədə indidən nəsə demək istəmirəm. Təbii ki, "Seltik" kimi klubda oynamaq istəyərəm. Müqavilə təklif olunsa, razılıq verəcəm". 

Xatırladaq ki, cari mövsümdə "Qəbələ"nin  heyətində 24 oyuna çıxan müdafiəçinin klubla müqaviləsi mövsümün sonuna qədərdir.