Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində səfərdə “Qarabağ”la qarşılaşan “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov texniki zonadan qovulub. 

Offsideplus.az xəbər verir ki, o, matçın 18-ci dəqiqəsində “Qarabağ”ın hesabı açmasından sonra hakimlərə etirazını bildirib. Əhmədov meydan sahiblərinin hesabı açarkən qayda pozuntusuna yol verdiyini iddia edib.

Görüşün baş hakimi Əliyar Ağayev kəskin etiraz etdiyi üçün Tərlan Əhmədovu texniki zonadan uzaqlaşdırıb.