"Qarabağ" klubunun futbolçuları Filip Ozobiç və Donald Gerye Premyer Liqanın 25-ci turunda "Keşlə" ilə oyunu buraxacaqlar. 

Offsideplus.az xəbər verir ki, buna səbəb onların 24-cü turda "Sabah"la matçda (3:0) sarı vərəqə limitini doldurmalarıdır. Hər iki futbolçu bu mövsüm 4-cü sarı vərəqəsini alaraq cəzalı duruma düşüb.

Qeyd edək ki, "Qarabağ" - "Keşlə" görüşü aprelin 18-i keçiriləcək.