"Zirə"nin baş məşqçisi Samir Abasov Premyer Liqanın 24-cü turunda "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib. 

Offsideplus.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib:

"Oyuna pis başladıq. Qapımız qarşısında qol epizodları oldu, iki zərbə dirəkdən qayıtdı. Fasilədən sonra özümüzə gəldik. Komandamızdakı futbolçuların keyfiyyəti oyunun taleyini həll etdi. Bir qədər də yorğunluq görünürdü. Ya hava şəraitinə, ya da stadionun durumuna görə belə alındı. Əsas məsələ qələbə qazanmaq idi. Bunun da öhdəsindən gəldik".(qol.az)