Bu gün Azərbaycan Premyer Liqasında XXIV tura start verilib.

Offsideplus.az-ın məlumatına görə, ilk oyun günündə iki matç keçirilib.

İlk olaraq “Zirə” “Sumqayıt”ı qəbul edib və 2:0 hesabı ilə qalib gəlib.

Digər matçda “Qarabağ” doğma meydanda debütant “Sabah”la qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib. Bu qələbə ilə  Qurban Qurbanovun komandası xalını 54-ə yüksəldib və vahid lider olub.

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

24-cü tur

13 aprel (şənbə)

18:30. “Qarabağ” – “Sabah” - 3:0 
Qollar: 
Almeyda, 10, Ozobiç, 60, Mahir Mədətov 77
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov
Tofiq Bəhramov adına Respublika Stadionu

16:00. “Zirə” – “Sumqayıt” - 2:0 
Qollar: 
Sezar Rodrigez 33, İlkin Qırtımov, 90+1
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Zirə İdman Kompleksinin stadionu