Azərbaycanı 2019-20 mövsümündə avrokuboklarda təmsil edəcək ilk komandanın adına aydınlıq gəlib.

Offsideplus.az-ın məlumatına görə, "Qəbələ"nin gənclər komandası yenidən Avropa arenasında mübarizə aparmaq hüququ qazanıb.

Famil Xəlilovun komandası AFFA-nın təşkil etdiyi Gənclər Liqasının XXII turunda “Qarabağ”a 1:0 hesabı ilə qalib gələrək, xallarının sayını 60-a çatdırıb və çempionluğu rəsmiləşdirib. "Qırmızı-qaralar" sona 6 tur qalmış rəqibləri üçün əlçatmaz olub.

İkisi ardıcıl olmaqla 4-cü dəfə Azərbaycan çempionu adını qazanan “Qəbələ”nin U-19 komandası bu uğurla UEFA Gənclər Liqasında çıxış etmək hüququna yiyələnib. Əyalət təmsilçisi ölkəmizi avrokubokda 3-cü dəfə təmsil edəcək.