“Bu həftə bizi çətin oyun gözləyirdi. Fasilədən sonra çox formda olan rəqibə qarşı oynayırdıq. “Səbail”i və Aftandil Hacıyevi tərbrik edirəm. İlk ilində belə mübarizə aparırlar. 4 oyun məğlubiyyətdən sonra oynamaq çox çətindir. Oyunçuları hazırlamaq asan olmur. Bu gün onlar xarakter göstərdi". 

Offsideplus.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqanın 19-cu turunda "Səbail"lə qolsuz bərabərə qaldıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Bizim üçün qələbə daha yaxşı olardı . Ancaq yenə də məğlub olmadıq. Bu durumdan çıxmalıyıq. Təbii ki, qələbə olsa daha yaxşı olardı. Ancaq oyun baxımından məğlub olduğumuz matçlarda belə geridə qalmırıq. Yaralı yerimiz imkanlardan istifadə edə bilməməyimizdir. Epizodlar olur, ancaq istifadə edə bilmirik. Bir xal da pis deyil. Uda bilmirsənsə, uduzma. Bəlkə oyunçuların özlərini gəlməsi üçün bu xal bəs edəcək" - deyə o bildirib.

Gənc mütəxəssis yeni transfer Peyman Babayinin də oyununu dəyərləndirib: O, pis oynamadı. Qol vura bilməsə də, yaxşı mübarizə apardı. Atilla Yıldırım da bu komandanın oyunçusudur. Bir komandada 21-22 oyunçu olur. Kimsə oynamırsa, o, zəifdir mənasına gəlmir. Son məşqlərə baxıb qərar veririk. Bütün oyunçular bizim üçün dəyərlidir”.(qol.az)