“Neftçi” Azərbaycan Premyer Liqasının 17-ci turunda qarşılaşacağı “Zirə” ilə oyunun hazırlığını davam etdirir.

Offsideplus.az  xəbər verir ki, “Keşlə” ilə qarşılaşmadan (2:0) sonra hazırlığa fasilə verməyən komanda bu gün növbəti məşqə çıxıb.

Zədəli Aqil Məmmədovdan başqa bütün futbolçuların iştirak etdiyi hazırlıq prosesində toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib.

Məşqə ikitərəfli oyunla yekun vurulub. Hazırlığın sabah bir məşqlə davam etməsi nəzərdə tutulub.

Qeyd edək ki, fevralın 16-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – "Neftçi” oyunu saat 17:30-da başlanacaq.