"Bu cür oyundan sonra şərh vermək çox çətindir. Görüşdən əvvəl də çətinliklərlə üzləşdik". 

Offsideplus.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Samir Abasov  Premyer Liqanın 16-cı turunda "Səbail"ə qalib gəldikləri (2:0) oyundan sonra mətbuat konfransında deyib.

Rəqibdən üstün olmadıqlarını etiraf edən çalışdırıcı komandasındakı problemlərdən danışıb: "Bəzi yerli futbolçular oynaya bilmirdilər. Müəyyən rotasiyalara əl atdıq. Turnir cədvəlindəki mövqeyimiz elədi ki, qələbəyə sevinə də bilmirsən. İlk hissədə hər şeyi düz edirdik. Fasilədən sonra rəqib boşluqlarımızdan istifadə etməyə başladı. Yararlana bilsəydilər, bəlkə də, “Səbail” böyük hesabla qalib gələcəkdi. Əvəzetmələr etdik, boşluqları aradan qaldırmağa çalışdıq. Özünüz də gördünüz ki, gənc futbolçumuz təşvişə düşmüşdü. Bir sıra futbolçumuz komandaya yeni qoşulub. İnanıram ki, bütün debütantlarımız qısa zamanda özlərini göstərə biləcəklər. Rotasiyalara görə yalnız bir hissə yaxşı oynayırıq. Hətta köməkçilərdən birini tribunaya göndərdik ki, meydanı daha yaxşı görsün".(qol.z)