Azərbaycan Premyer Liqasında 16-cı tura yekun vurulub.

Offsideplus.az xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək.

Lider "Neftçi" öz meydanında "Keşlə" ilə qarşılaşıb. "Ağ-qaralar" zirvədəki yerini qorumağa, qonaqlar isə autsayderlər qrupundan uzaqlaşmaq istəyirdi. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra "Neftçi" ən yaxın izləyicisi "Qarabağ"ı yenə 3 xal qabaqlayır.

Günün digər matçında isə "Səbail" autsayder "Zirə" ilə üz-üzə gəlir. 

10 fevral

 Azərbaycan Premyer Liqası, 16-cı tur

16:30. “Səbail” – “Zirə” - 0:2
Qollar:
 Xulio Sezar Rodriqez, 2, Sadio Tounkara, 90+4
Qırmızı vərəqə: Elvin Yunuszadə, 81 ("Səbail", iki sarı vərəqə)
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Nail Nağıyev
“Bayıl Arena"

14:00. "Neftçi" – "Keşlə" - 2:0
Qollar:
 Emin Mahmudov, 35 (1:0), 68-pen. (2:0)
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rövşən Rəcəbov
“Bakcell Arena”