“Qəbələ” klubunun qapıçısı Dmitri Bezotosnı Azərbaycan Premyer Liqasında ardıcıl 4-cü quru oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, ukraynalı qolkiper bununla da mövsümün rekorduna imza atıb.

Onadək heç bir qapıçı mövsümün 3-dən artıq görüşündə quru seriyaya nail olmamışdı. “Sabah”ın qapıçısı Saşa Stamenkoviç üç matçlıq seriyasını ötən tur təkrarlayan Bezotosnı XVI turda həmin göstəricini arxada qoyub.

Sonuncu dəfə XII turun “Keşlə” ilə ötən il noyabrın 12-də keçirilən qarşılaşmada qol buraxan Bezotosnıni həmin matçın 38-ci dəqiqəsində Amil Yunanov məyus edib.

Mövsümün ilk yarısını “Zirə” və “Səbail”lə qolsuz heç-heçələrlə başa vuran “Qəbələ” bu il öncə “Sumqayıt”ı, bu gün “Sabah”ı 1:0 hesabı ilə yenib.

Ardıcıl 4 oyunda qol buraxmayan ukraynalının quru dəqiqələrinin sayı 412-yə yüksəlib.(matc.az)