Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura start verilib.

Offsideplus.az xəbər verir ki, turun ilk günündə iki matç keçirilib. "Sabah” öz meydanında “Qəbələ” ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub. Bu nəticədən sonra Sənan Qurbanovun komandası 4-cü pilləyə yüksəlib. "Sabah" isə 5-ci pilləyə enib.

Günün sonuncu oyununda "Qarabağ” "Sumqayıt"ın qonağı olub və 2:0 hesabı ilə qalib gəlib. Bu qələbə ilə Ağdam klubu lider "Neftçi" ilə xal fərqini ən azı bir günlük aradan qaldırıb.

Qeyd edək ki, tura sabah keçiriləcək  iki oyunla yekun vurulacaq.

9 fevral

 

Topaz Premyer Liqa, 16-cı tur

18:30. “Sumqayıt” – “Qarabağ” - 0:2  
Qollar:
 Filip Ozobiç, 20, Bədavi Hüseynov, 81
Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Cavanşir Yusifov, Rauf Cabarov
“Kapital Bank Arena”

16:00. “Sabah” – “Qəbələ” - 0:1
Qol: 
Rauf Əliyev, 31
Qırmızı vərəqə: Marko Deviç, 45+1 ("Sabah", iki sarı vərəqə)
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Nahid Əliyev, Nahid Xasıyev
“Əlincə Arena"

Qeyd edək ki, tura sabah keçiriləcək "Neftçi" - "Keşlə" və "Səbail" - "Zirə" matçları ilə yekun vurulacaq.