“Qarabağ” Antalyada qış təlim-məşq toplanışını davam etdirir.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda hazırlığın dördüncü gününü iki məşqlə başa vurub.

Günün ilk məşqi yerli vaxtla saat 11:00-da start götürüb və təxminən 1 saat davam edib. Futbolçular fitness zalında çalışıb.

İkinci məşq isə yerli vaxtla 17:30-da başlayıb və meydançada baş tutub. Komanda isinmə hərəkətlərinin ardından toplu çalışmaları yerinə yetirib.