"Sabah” klubunun əvəzedicilərdən ibarət komandası mövsümün ikinci yarısına hazırlığı davam etdirir. 

Offsideplus.az xəbər verir ki, I Divizionda mübarizə aparan komanda ikinci dövrəyə hazırlığı Binə qəsəbə stadionunda keçir.

"Sabah" yanvarın 12-dən 24-dək Şamaxıda təlim-məşq toplanışında olacaq.

Əvəzedici komanda toplanış çərçivəsində 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Vasif Haqverdiyevin yetirmələri yanvarın 14-də "Qəbələ”nin U-19 komandası, 17-də "Qaradağ Lökbatan”, 20-də "Şüvəlan”, 23-də isə "Ağsu” ilə qarşılaşacaq.