Qış fasiləsinə yollanan Azərbaycan Premyer Liqası klublarının bəziləri artıq transferlərə başlayıblar. 

Offsideplus.az xəbər verir ki, ölkə çempionatının lideri "Neftçi" iki legioner futbolçu alıb, bir yerli oyunçu ilə də yollarını ayırıb.

Son çempion "Qarabağ" isə sabiq hücumçusu Reynado Silvanı qaytarıb. Debütant "Sabah" bir yerli futbolçu transfer edib, altı oyunçunu klubdan göndərib.

"Keşlə" də artıq 4 futbolçu ilə yollarını ayırıb.

“Neftçi”

Gələnlər: Mamadu Mbodj ("Jalgiris", Litva), Mamadu Kane ("Kalum", Qvineya)

Gedən: Rəşad Eyubov ("Sabah")

Müqavilə müddətini artıran: Yoxdur

“Qarabağ”

Gələn: Reynaldo Silva ("Aktobe", Qazaxıstan)

Gedən: Yoxdur

Müqavilə müddətini artıran: Yoxdur

"Səbail"

Gələn: Yoxdur

Gedən: Edqar Paçeko

Müqavilə müddətini artıran: Yoxdur

“Sabah”

Gələn: Rəşad Eyubov ("Neftçi")

Gedənlər: Vitali Kvaşuk, Əlibəy Məmmədli, Elvin Bədəlov, Aydın Bayramov, Tural Qürbətov, Ülvi İbazadə

Müqavilə müddətini artıran: Yoxdur

“Qəbələ”

Gələn: Yoxdur

Gedən: Yoxdur

Müqavilə müddətini artıran: Yoxdur

“Sumqayıt”

Gələn: Yoxdur

Gedən: Yoxdur

Müqavilə müddətini artıran: Yoxdur

“Keşlə”

Gələn: Yoxdur

Gedənlər: Bahodir Nasimov, Ebrima Sohna, Herve Tçami, Georgios Georgiadis

Müqavilə müddətini artıran: Yoxdur

“Zirə”

Gələn: Yoxdur

Gedən: Yoxdur

Müqavilə müddətini artıran: Yoxdur