İlk dəqiqələrdən hesabı açmağımız bizə rahat oynamağa kömək oldu. Fərqi 2 topa çatdırandan sonra, rəqib tamamilə həvəsdən düşdü". 

Offsideplus.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Elşad Əhmədov ölkə kubokunun 1/8 final mərhələsinin "Ağsu" ilə oyunundan sonra keçirilən mətbuat konfransında deyib. Gənc mütəxəssis səfərdə 3:0 hesabı ilə qalib gəldikləri qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb:

"Birinci hissə bizim üçün daha ağır oldu. İkinci yarıda əsasən gənc oyunçulara üstünlük verdim. “Ağsu”ya divizion oyunlarnda uğurlar arzu edirəm".

"Ağsu"nun məşqçisi Arif Rizvanov isə məğlubiyyəti bu cür şərh edib: "Qələbəyə görə rəqibi təbrik edirəm. Ustalıq səviyyəsi öz sözünü dedi. Təcrübəli futbolçularımız az olduğuna görə “Sabah”la bacarmadıq".

Qeyd edək ki, "Sabah" 1/4 finalda "Qəbələ" ilə üz-üzə gələcək. Komandalar arasında ilk oyun dekabrın 16-da, cavab görüşü isə həmin ayın 20-də keçiriləcək.