Bu gün 17 yaşadək futbolçular arasında Avro-2020-nin seçmə mərhələsinin püşkü atılıb.

Offsideplus.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə 52 komanda 13 qrupa bölünüb.

 Püşkün nəticələrinə əsasən, müvafiq yaş qrupuna aid Azərbaycan yığması Almaniya, Yunanıstan və Qazaxıstan milliləri ilə birgə 9-cu qrupda mübarizə aparacaq.

Qeyd edək ki, bu qrupun oyunları 2019-cu il noyabrın 13-dən 19-dək Yunanıstanda keçiriləcək.