Azərbaycan Premyer Liqasının 12-ci turunda bu gün keçiriləcək "Səbail" - "Neftçi" və "Zirə" - "Sumqayıt"qarşılaşmaları canlı yayımlanacaq. 

Offsideplus.az xəbər verir ki, hər iki qarşılaşma "CBC Sport"un canlı efirində olacaq.

Qeyd edək ki, "Bayıl Arena"da keçiriləcək "Səbail" - "Neftçi" görüşü saat 17:00-da, "Dalğa Arena"dakı "Zirə" - "Sumqayıt" matçı isə 19:00-da başlayacaq.