Bu gün futbol üzrə Azərbaycan Kuboku uğrunda mübarizəyə start verilib.

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə 1/8 final mərhələsinin 4 görüşündən biri keçirilib. "ASCO Arena"da "Keşlə" I Divizion təmsilçisi "Kəpəz"lə üz-üzə gəlib. Oyundan 3:1 hesablı qalibiyyətlə ayrılan "Keşlə" növbəti mərhələdə "Qarabağ"a rəqib olacaq.

Qeyd edək ki, 1/8 final mərhələsinin qalan 3 görüşü dekabrın 4-də keçiriləcək.

Oyunu CBC Sport canlı yayımlayacaq.

Azərbaycan Kuboku, 1/8 final

“Keşlə” – “Kəpəz” - 1:1 
Qollar: Ruslan Əmircanov, 25 (1:0),Nodar Məmmədov, 45+3 (1:1), Xəzər Mahmudov, 56 (2:1), 87 (3:1)
Qırmızı vərəqə: Franko Flores, 45+2 ("Keşlə")

Hakimlər: Rauf Allahverdiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Rəvan Həmzəzadə

“Keşlə”: 94. Rəşad Əzizli, 33. Tərlan Quliyev (k), 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 14. Emin Mehtiyev, 22. Əfran İsmayılov, 5. Franko Flores, 10. Sezar Meza Kolli, 90. Orxan Fərəcov, 13. Pərviz Azadov, 97. Xəzər Mahmudov

Ehtiyat oyunçular: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov, 3. Cabir Əmirli, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 6. Rəşad Sadiqov, 25. Con Kamara, 9. Lorenzo Frutos, 91. Samir Abdullayev

Baş məşqçi: Tərlan Əhmədov

“Kəpəz”: 1. Əli Kərimov, 4. Qaraxan Əliyev, 10. Əli Səmədov (k), 6. Nodar Məmmədov, 7. Elvin Nəsibov, 17. Tural Əliyev, 21. Elcan Rəhimov, 20. Kənan Allahverdiyev, 11. Elgün Orucov, 27. Ülvi Əliyev, 25. Ümid Səmədov

Ehtiyat oyunçular: 22. Pərvin Zeynalov, 5. Novruz Məmmədov, 19. Eltac Mirzəyev, 8. Fərid Bayramov, 3. İsmayıl Məmmədov

Baş məşqçi: Yaşar Vahabzadə