AFFA İntizam Komitəsi "Qəbələ" və "Sumqayıt" komandaları arasında keçirilmiş Azərbaycan Kubokunun final matçında baş vermiş hüquq pozuntuları ilə bağlı qərarlarını açıqlayıb.  

Offsideplus.az-ın məlumatına görə, “Qəbələ” 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 800 manat cərimələnib. 

90+5-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alan “Sumqayıt”ın oyunçusu Cavid Tağıyev isə 2 oyunluq cəzaya məruz qalıb. O, klubunu 1600 manat ziyana salıb. 

Qeyd edək ki, oyun "Qəbələ"nin qələbəsi ilə yekunlaşıb - 1:0.