Azərbaycan Kubokunun mayın 19-da "Qəbələ" və "Sumqayıt"komandaları arasında keçiriləcək final oyununun başlama saatı dəyişdirilib.

Offsideplus.az-ın məlumatına görə, bu qərar hər iki klubun Peşəkar Futbol Liqasına müraciəti əsasında verilib.

Görüşün start fiti əvvəlcədən nəzərdə tutulduğu kimi 16:30-da deyil, 17:00-da çalınacaq.

Mövsümün son oyunundan öncə konsert proqramı və açılış mərasimi təşkil olunacaq.