Azərbaycan Kubokunda 2018/2019 mövsümünün final görüşünün püşkatma mərasimi keçirilib.

Offsideplus.az-ın məlumatına görə, Peşəkar Futbol Liqasında reallaşan püşkatmadan sonra “Qəbələ” klubu meydan sahibi elan olunub.

Püşkatmada “Sumqayıt”ı idman direktoru Zamiq Hüseynov, “Qəbələ”ni isə klubun meneceri Səbuhi Səfiyarlı təmsil edib.

Qeyd edək ki, Azərbaycan Kubokunun finalı mayın 19-da Naxçıvan Muxtar Respublika Stadionunda baş tutacaq.