Futbol üzrə Azərbaycan Kubokunda yarıminal mərhələsinin ilk oyunlarının proqramı müəyyənləşib.

Offsideplus.az-ın məlumatına görə, hər iki görüş eyni gündə paytaxtdan kənarda təşkil olunacaq. Əvvəlcə Qəbələdə eyniadlı komanda ilə"Qarabağ" üz-üzə gələcək. Daha sonra "Sumqayıt" "Zirə"ni qəbul edəcək. Qarşılaşmalar “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Azərbaycan Kuboku

Yarımfinal, ilk oyun

23 aprel (çərşənbə axşamı)

16:00. “Qəbələ” – “Qarabağ”

Qəbələ şəhər stadionu

18:30. “Sumqayıt” – “Zirə”

Sumqayıt, “Kapital Bank Arena”.

Qeyd edək ki, cavab görüşləri mayın 1-də olacaq.