Azərbaycan kubokunda 1/4 final mərhələsinin cütləri dəqiqləşib.

Offsideplus.az xəbər verir ki, cütlərin tərkibi bu gün keçirilən 1/8 final oyunlarından sonra müəyyənləşib.

Başa tutan 4 matçda yarışa 1/4 finaldan başlayanların rəqibləri müəyyənləşib. “Ağsu”nu 3 cavabsız qolla məğlub edən “Sabah” “Qəbələ”yə rəqib olub.

“Qaradağ Lökbatan”ı 4 qolla keçən “Sumqayıt” “Neftçi”, eyni hesabla “Kəpəz” üzərində qələbə qazanan “Səbail” “Zirə” ilə görüşəcək. “Şüvəlan” səddini 3 qolla adlayan “Keşlə” isə “Qarabağ”la üz-üzə gələcək.

1/4 final oyunları dekabrın 15-16 və 19-20-də keçiriləcək.