Futbol üzrə Azərbaycan Kubokunda 2018/2019-cu illər mövsümünə start verilib.

Offsideplus.az xəbər verir ki,  xəbər verir ki, 1/8 final mərhələsində 4 görüşdən 3-ü artıq yekunlaşıb. Premyer Liqa klubları I Divizion təmsilçiləri ilə qarşılaşıb.

Bir görüşdən ibarət olan dueldə "Səbail" Gəncədə "Kəpəz"i, "Sumqayıt" isə paytaxtda "Qaradağ Lökbatan"ı böyük hesabla məğlub edib. Hər iki qarşılaşmada eyni hesab qeydə alınıb - 4:0. 

Azərbaycan Premyer Liqasının debütantı "Sabah" Ağsuda eyniadlı komandanı 3 cavabsız qolla üstələyib.

Bu nəticədən sonra hər üç komanda növbəti mərhələyə vəsiqə qazanıb. "Sumqayıt" 1/4 finalda "Neftçi", "Səbail" "Zirə", "Sabah" isə "Qəbələ" ilə qarşılaşaq. Mərhələ adlayan komandalar ilk oyunlarını səfərdə keçirəcəklər.

Qeyd edək ki, 1/8 finala bu gün keçiriləcək "Şüvəlan" - "Keşlə" görüşü ilə yekun vurulacaq. Bu cütün qalibi isə növbəti mərhələdə "Qarabağ"a rəqib olacaq. 

***

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2018/2019-cu illər mövsümünəstart veriləcək.

Offsideplus.az xəbər verir ki, 8 komandanın iştirakı ilə keçiriləcək 1/8 final mərhələsində 4 oyun baş tutacaq. Qarşılaşmaların ikisi bölgələrdə, ikisi isə paytaxtda təşkil olunacaq. Dörd Premyer Liqa komandası, I Divizion təmsilçiləri ilə qarşılaşacaq.

Mərhələ bir görüşdən ibarət olacaq və qalib komanda 1/4 finala vəsiqə qazanacaq. İlk üç matç saat 13:30-da, sonuncü görüş isə 17:00-da start götürəcək.

Qeyd edək ki, ötən mövsüm Azərbaycan Premyer Liqasında ilk 4 yeri tutan “Qarabağ”, “Qəbələ”, “Neftçi” və “Zirə” komandaları kubokda mübarizəyə 1/4 final mərhələsindən başlayacaq.

Azərbaycan kuboku

1/8 final

6 dekabr (cümə axşamı)

“Ağsu” – “Sabah” - 0:2
Qollar: 
Bəxtiyar Soltanov , 6, Vitali Kvaçuk, 26
Ağsu şəhər stadionu. Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Müslüm Əliyev, İnqilab Məmmədov

“Ağsu”: 1. Ramil Kərimov, 13. Ruslan Mirzalıyev, 4. Elçin Həşimov (k), 20. Nahid Zülfüqarov, 3. Fərrux Rəhimov, 19. Ramil Əliyev, 15. Vüsal İbrahimov, 7. Elnur Səmədov, 2. Yunis Muxtarlı, 6. Sahib Cümşüdov, 18. Əli Əlizadə
Ehtiyat oyunçular: 12. Şamo Həsənov, 14. Nicat Əhmədov, 11. Rəsul İbrahimov, 9. İbrahim Qədiyev, 8. Orxan Quliyev, 17. Coşqun Süleymanov, 5. Məhərrəm Həsənov
Baş məşqçi: Rüfət Quliyev

“Sabah”: 1. Tərlan Əhmədli, 25. Vanderson Silva, 2. Ülvi İbazadə, 14. Tural Qürbətov, 88. Elçin Əsədov, 3. Elvin Bədəlov, 77. Şakir Seyidov, 12. Zahid Mərdanov, 7. Vitali Kvaçuk, 6. Vadim Abdullayev, 27. Bəxtiyar Soltanov (k)
Ehtiyat oyunçular: 96. Aydın Bayramov, 39. Əlibəy Məmmədli, 45. Tolqar Yaqubov, 97. Emil Qasımov, 21. Novruz Məmmədov, 33. Eltun Turabov, 87. Elçin Mustafayev
Baş məşqçi: Elşad Əhmədov

“Kəpəz” – “Səbail” - 0:1
Qol: 
Tome Kitanovski, 11
Gəncə şəhər stadionu. Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Elxan Əsgərzadə, Rəşad Əhmədov

“Kəpəz”: 1. Novruz Rəhimov, 6. Məhərrəm Hüseynov (k), 4. Qaraxan Əliyev, 20. Kənan Allahverdiyev, 9. Talıb Rzayev, 7. Fərid Məmmədov, 13. Şöhrət Quliyev, 8. Dieqo De Souza, 10. Ruslan Süleymanov, 11. Elgün Orucov, 14. Şəfi Bağırov
Ehtiyat oyunçular: 22. Ruzi Abdullayev, 21. Elcan Rəhimov, 17. Nicat Verdiyev, 19. Eltac Mirzəyev, 3. İsmayıl Məmmədov, 15. Sənan Həsənov, 18. Fərid Bayramov, 5. İlkin Verdiyev, 24. Əli Hacıyev, 25. Ümid Səmədov, 27. Fərid Əsədli
Baş məşqçi: Etibar İbrahimov

“Səbail”: 25. Elxan Əhmədov, 4. Enrike Perilyo, 13. Şəhriyar Rəhimov (k), 17. Elçin Rəhimli, 18. Aqşin Qurbanlı, 26. Kamal Qurbanov, 28. Kevin Kubemba, 33. Tome Kitanovski, 70. Urfan İsmayılov, 88. Orxan Qurbanlı, 99. Jarjue Maudo
Ehtiyat oyunçular: 1. Emil Balayev, 50. Fərhad Vəliyev, 8. Yevgeni Koçuk, 27. Emil Martinov, 10. Ağabala Ramazanov, 77. Ədilxan Qarəhmədov
Baş məşqçi: Aftandil Hacıyev

“Qaradağ Lökbatan” – “Sumqayıt” - 0:2
Qollar: 
Nicat Qurbanov, 14, Süleyman Əhmədov, 29
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu.  Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Pərvin Talıbov, Vüqar Həsənli

“Qaradağ Lökbatan”: 90. Anar Məhərrəmov, 3. Güləli Mehrəliyev, 6. İlkin Abdullayev, 5. Xəyal Əmirli, 77. Tunar Mütəllimov, 22. Taleh İsgəndərov, 7. Bəhruz Teymurov, 10. Tofiq Mikayılov, 11. Rövşən Şahmuradov, 9. Camal Camalov, 8. Aqşin Muxtaroğlu (k)
Ehtiyat oyunçular: 12. Sərxan Osmanov, 28. Fazil Hüseynov, 18. Rəşadət Quliyev, 16. Nurlan Cəfərov, 21. Murad Mamalıyev, 27. İlqar Nuruşov, 17. Pərviz Həsənov, 14. Niyazi Qasımzadə
Baş məşqçi:  Elçin Dərgahquliyev

“Sumqayıt”: 15. Orxan Sadıqlı, 2. Rail Məlikov (k), 4. Şəhriyar Əliyev, 17. Nicat Qurbanov, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə, 21. Arif Daşdəmirov, 26. Elvin Dəmirov, 44. Qvanzav Maqomedov, 70. Ülvi İsgəndərov, 77. Murad Xaçayev
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov, 7. Cavid Tağıyev, 8. Orxan Əliyev, 11. Atilla Yıldırım, 14. Bəxtiyar Həsənalızadə, 22. Əfran İsmayılov, 39. Tural Bayramlı, 74. Yusif Nəbiyev, 97. Xəyal Nəcəfov, 99. Əli Babayev
Baş məşqçi: Ayxan Abbasov

17:00. “Şüvəlan” – “Keşlə”
“AZAL Arena”. Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Nicat İsmayıllı