Oktyabrın 25-də Portuqaliya Qran-Prisində üçüncü pilləni tutan Formula-1 pilotu Maks Ferstappen ermənilərə yardım edib. 

Offsideplus.az sport.news.am saytına istinadən xəbər verir ki, hollandiyalı pilot Erməminstanın Hərbi İanə Fonduna 100 dollar köçürüb. Atdığı addımı isə bu cür əsaslandırıb: "Ermənistana ianə etməsəydim, üçüncülüyün sevincini doyunca yaşaya bilməzdim. Erməni əsgərlər hər gün vətən uğrunda canlarından keçirlər"

Maks Ferstappen ad-soyadında erməni çalarları olmadığı üçün internet qaynaqlarında bu adamı yaxından tanımaq üçün kiçik "gəzişmə" etdik. Məlum oldu ki, Maks 1997-ci ildə Belçikanın Hasselt şəhərində dünyaya gəlib. Lakin Hollandiya vətəndaşlığını daşıyır. Atası Yos Ferstappen də Formula-1 pilotu olub. Anası Sofi Kyupmen isə kartinqlə məşğul olub. Bir sözlə, adamın Ermənistanla yaxından-uzaqdan əlaqəsi yoxdur.

Maraqlı fakt isə Ferstappenin 2017-ci ildə Bakıya səfər etməsi və diqqətçəkən hadisə ilə yadda qalmasıdır. Belə ki, "Red Bull Reysinq" komandasının pilotu həmin il Azərbaycan Qran-Prisinin iştirakçılarından olub. Yürüşün ilk günündəcə bolidini maneəyə çırpan hollandiyalı gündəm adamına çevrilmişdi.