"Formula 1" şirkətinin kommersiya direktoru Şon Bratçes vəzifəsindən istefa verib.

Offsideplus.az şirkətin mətbuat xidmətinə istinadla xəbər verir ki, amerikalı mütəxəssis şirkəti yanvarın sonunda rəsmən işdən ayrılacaq.

Qeyd edək ki, Şon Bratçes "Formula-1" şirkətində kommersiya direktoru vəzifəsinə 2017-ci ildə təyin olunmuşdu..