"Formula 1"də çıxış edən "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen Belçika Qran-prisində xoşagəlməz insidentlə üzləşib.

Offsideplus.az xəbər verir ki, finlandiyalı sürücüyə paddokda içkili vəziyyətdə olan azarkeş hücum edib. Fanat Raykkonenin sifətinə zərbələr endirib. Onu belə hərəkətə vadar edən səbəb məlum deyil.

Qeyd edək ki, Kimi Raykkonenin yay fasiləsində ayağından aldığı zədə səbəbindən Belçika Qran-prisində iştirakı sual altında idi. (report)