İtaliyanın Milan şəhərində yeniyetmə ağırlıqqaldıranların Avropa birinciliyi davam edir.

Offsideplus.az xəbər verir ki, 15 yaşlıların mübarizəsində 77 kq-da Yaşar Mamayev toplam 229 kq (103+126) nəticə ilə 5-ci, 69 kq-da Rahilə Hüseynova (63+68)  yekununda 7-ci olub.

17 yaşlılarda Əlimərdan Alxasov və İsmayıl Baxışov (hər ikisi – 77 kq) körpücük üzərinə çıxıblar. Adı ilk çəkilən birdən qaldırmada 114 kq və təkanla 151 kq-ın öhdəsindən gələrək 7-ci, digəri (110+145) sonda 12-ci yer tutub.

58 kq-da Lalə Rzazadə (69+81) ağırlıq qaldıraraq 6-cı pilləyə çıxıb.