Azərbaycan yığması daha bir Olimpiya medalını itirib.

Offsideplus.az xəbər verir ki, bu barədə qərarı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi verib.

Qurum 2012-ci ildə Londonda keçirilən Olimpiya Oyunlarında ağır atletikada bürünc medal qazanan Valentin Xristovun mükafatını ləğv edib.

Bununla da Azərbaycan millisi ağır atletikada qazandığı yeganə Olimpiya mükafatından məhrum olub. Ölkəmizin London-2012-dəki medallarının sayı 9-a enib. İdmançılarımızın aktivində 2 qızıl, 2 gümüş və 5 bürünc qalıb.