Ağır atletika üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatı start götürüb.

Offsideplus.az xəbər verir ki, turnir Ağır Atletika Akademiyasının yarış zalında keçirilir.

Körpücük üzərinə ilk olaraq qadınlar çıxıblar. Onlar qalibləri Sinkleyr cədvəlinə əsasən müəyyən ediblər. Qızıl medala toplam 154 kq (67+87) nəticə və 231.6 xalla Səbinə Əzimova layiq görülüb. Fəxri kürsüdəki sonrakı yerləri müvafiq olaraq toplam 146 kq (65+81) nəticə və 227.7 xalla Mərziyyə Məhərrəmova və toplam 161 kq (69+92) nəticə və 212.7 xalla Günel Vəliyeva tutublar.