OFFSİDE Azərbaycan futbolundakı sponsor çatışmazlığı ilə bağlı silsilə yazılara start verir. İlk məqaləmizdə Premyer Liqanın ad sponsoru tapa bilməməsindən bəhs edəcəyik.

2009-cu ilə qədər Azərbaycan Premyer Liqasının sponsoru olmayıb. Həmin ilin sentyabrında "Unibank" və Peşəkar Futbol Liqası arasında sponsor sazişi imzalandı. Bununla da ölkə çempionatına ilk dəfə kommersiya strukturu tərəfindən sponsorluq edildi.

7 illik razılaşmadan imtina

2012-ci ildən 2019-cu ilə qədər Azərbaycan Premyer Liqasına "Topaz" bukmeker şirkəti sponsorluq edib. Lakin 2019-2020-ci il mövsümün əvvəlində kompaniya ilə qurum arasında müqavilə bitir. “Topaz” yeni saziş imzalamaqdan imtina edir.

Uzun müddətli tərəfdaşlıqdan sonra mərc şirkətinin yeni müqavilə imzalamasının səbəbi nə idi?

Məsələ ilə bağlı Offsideplus.az-a açıqlama verən iqtisadiçı Natiq Cəfərli çempionatımızın marka dəyərinin aşağı olmasının sponsorun yeni saziş imzalamasına səbəb olduğunu bildirib:

Nato1

“Hər bir futbol çempionatının özünəməxsus marka dəyəri var. Bu dəyərə görə, sponsorlar liqalara maraq göstərir. Azərbaycan Premyer Liqasının marka dəyəri təəssüflər olsun ki, çox aşağıdır. Çempionatda klubların sayının az olması və bunlarının yarıdan çoxunun eyni mərkəzdən idarə edilməsi səviyyənin düşməsinə səbəb olur".

 

“Sponsor məsələsinin hələlik qapandığını söyləyə bilərik”

Hazırda Premyer Liqanın rəsmi sponsoru yoxdur. Çempionat ad tərəfdaşı olmadan keçirilir. Ümumiyyətlə, yeni sponsorun tapılması istiqamətində işlər görülürmü?

Məsələ ilə bağlı Offsideplus.az-a açıqlama verən PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev sponsor məsələsinin hələlik qapandığını bildirib:

Offside one.jpg 

“Bildiniyiniz kimi, Premyer Liqaya sponsorluq məsələsi ilk dəfə PLF yarandıqdan sonra reallaşıb. İlk olaraq “Unibank”, sonra “Topaz”la əməkdaşlığımız olub. “Topaz”la müqaviləmiz bitdikdən sonra bu mövsümdən Premyer Liqaya sponsorsuz başladıq. Şirkətin bu mövsümdən çempionata sponsor olmayacağı gec məlum olduğuna görə, yeni sponsor tapmaq üçün vaxtımız çox az qaldı. Dərhal tender elan etdik, müəyyən şirkətlərlə görüşümüz oldu. Bəzi məsələləri razılaşdıra bilmədiyimizə görə, müqavilə imzalanmadı. Hazırda mövsümün yarısını geridə qoymuşuq, sponsor məsələsinin hələlik qapandığını söyləyə bilərik”.

Azərbaycan çempionatı kimi bir sıra ölkələrin liqalarının ad sponsoru yoxdur. Türkiyə Süper Liqası, Almaniya Bundes Liqası, İngiltərə Premyer Liqası, Hollandiya Erediviziyası, Rusiya Premyer Liqası buna aid ən böyük nümunələrdir.

Türkiyə sponsor tapa bilmir, İngiltərə tərəfdaşlıqdan imtina edir

 

2 2 

İngiltərədə 2016- ci ilə kimi Premyer Liqanın sponsoru “Barclays” idi. Həmin ildən sonra çempionatın təşkilatçıları bu addan imtina etdilər. Onlar Premyer Liqanı brendləşdirmək istədiklərini əsas gətirərək bir daha çempionat üçün sponsor axtarmayacaqlarını bildirdilər.

Qardaş ölkədəki problem Azərbaycanla eynidir. Türkiyə Futbol Federasiyası Süper Liqaya sponsor tapa bilmir. Heç bir şirkət marka dəyəri azalan çempionatla tərəfdaşlıq etmək istəmir.

“Şirkətlər ağıllanıblar”

Məsələ ilə bağlı Offsideplus.az-a açıqlama verən türkiyəli jurnalist Ceyhun Kuburlu çempionatlarının sponsorsuz qalmasının səbəbini açıqlayıb:

 nnnn copy

“Şirkətlər ağıllanıblar. Onlar liqaya yox, artıq klublara dəstək olmağı daha üstün tuturlar. Yayım şirkətinin zərər etdiyi dövrdə kimsə çempionatının adına sponsor olmaq istəmir”.

Ad Sponsoru olan Avropanın nəhəng liqaları

 

1 2 

Avropada ad sponsorluğundan istifadə edən kifayət qədər ölkələr var. UEFA sıralamasındakı reytinqinə görə həmin çempionatları diqqətinizə çatdırırıq:

İtaliya - “Serie A TIM”
Fransa - “Ligue 1 Conforama”
İspaniya - “La Liga Santander”
Portuqaliya - “Liga NOS”
Belçika - “Jupiler Pro League”
Ukrayna - “Favbet League”

Premyer Liqanın ad sponsorunun olması təşkilati işlərin görülməsinə böyük kömək olur. Peşəkar Futbol Liqası yeni tərəfdaşın tapılması üçün nə etməlidir?

Natiq Cəfərli çempionatının səviyyəsinin artmasının yeni şirkətlərin bu sahəyə yönəlməsinə səbəb olacağını bildirib:

 Nato2

“Mən tenderin şərtlərini bilmirəm. Çünki bu, açıqlanmayıb. Əgər şərtlər çox tələbkardırsa, Premyer Liqaya sponsor tapmaq çətin olacaq. İlk növbədə çempionatımızın ümumi marka dəyərini yüksəltmək lazımdır. Sponsorun əsas qayəsi futbol deyil. Onlar üçün öz məhsullarını satmaq və tanıtmaq önəmlidir. Azarkeş kütləsi az olan çempionata hansısa şirkət sponsor olmaq istəməz. Bu baxımdan da Premyer Liqanın səviyyəsinin artırılması çox önəmlidir”.

Peşəkar Futbol Liqasının rəsmiləri mətbuata açıqlamalarında bir sira türk şirkətləri ilə danışıqlar apardıqlarını bildiriblər. Xarici şirkətlər indi dövrdə Azərbaycan Premyer Liqasına maraq göstərlərmi?

“Radyospor”un əməkdaşı Ceyhun Kuburlu məsələyə konkret cavab verib:

ceyhun2.jpg 

“Bizim öz çempionatımız üçün pul xərcləmək istəyən olmadı. Azərbaycan Premyer Liqası üçün buna cəhd edərlərmi bilmirəm. Bu, çox çətin görsənir”.

İqtisadçı Natiq Cəfərli xarici şirkətlərin Azərbaycan Premyer Liqasına maraq göstərə biləcəyini bildirib:

Nato3.jpg 

“Xarici mərc şirkətləri bizim kimi futbol təsərrüfatı olan ölkələrin çempionatlarına maraq göstərirlər. Onlarla danışıqlar aparmaq mümkündür. Bu tip şirkətlər özlərinin tanıtımı üçün böyük həcmdə maliyyə ayırırlar. Həmin büdcənin bir qismini Azərbaycan Premyer Liqası üçün xərcləyə bilərlər. Bunun üçün tenderin şərtləri daha şəffaf olmalıdır. Qaydalarla bağlı ümumi məlumatlandırılma aparılmalıdır. Rəqabətli mühit formalaşdırılmalıdır. Bundan öncə “Topaz” Premyer Liqanın rəsmi tərəfdaşı idi. Amma bu, şirkət ölkə yeganə mərc bukmekeridir. Onların reklama ehtiyyacları yoxdur. Ona görə də xaricdən maliyyə ayrılmalıdır. Əcnəbi şirkətlərdə Azərbaycan Premyer Liqası ilə bağlı maraq yaratmaq lazımdır. Tender şərtləri azaldılmalı, şirkətlər arasında rəqabət yaradılmalıdır”.

Qeyd olunan fikirləri nəzərə aldıqda, PFL şirkətləri cəlb etmək üçün ümumi kampaniyalara start verməlidir. Çempionatın təşkilatçısı yeni sponsor üçün bir sıra güzəştlər etməli, müxtəlif layihələrlə liqaya marağı artırmağa çalışmalıdır. Premyer Liqanın inkişafı üçün komandaların sayı da çoxalmalıdır. Rəqabət olan çempionata hamı hər kəs baxar. Hamının izlədiyi turnirə də şirkətlərin marağı artar.

İlkin Sultanlı