Azərbaycan Premyer Liqasının başa çatan ilk 2 dövrəsində 56 qarşılaşma baş tutub.

Offsideplus.az xəbər verir ki, bu oyunlarda ümumilikdə 138 qol vurulub. Çempionatın məhsuldarlıq ortalaması hər matç üçün 2,46-dır.

Turnir ərzində yerlilər 55, legionerlər isə 78 dəfə fərqləniblər. Azərbaycanlı futbolçular ümumi qolların 39,8%, əcnəbilər isə 56,5 faizinə imza atıblar.

5 qol isə avtoqol olub. Bunlardan 2-si legionerlərin, 3-ü isə yerlilərin adına yazılıb.

77110075d30d2639b42c

14 turda 11 penalti zərbəsi dəqiq yerinə yetirilib. Yerlilər 5, əcnəbilər isə 6 dəfə 11 metrlik cərimə zərbəsindən yararlanıblar.

81605108 3915502421808965 6208167762267734016 o

Azərbaycan Premyer Liqasının ilk 2 dövrəsinin bombardirlik cədvəlinə 3 futbolçu başçılıq edir.

14 turda "Keşlə"nin üzvü Lorenzo Frutos, "Sumqayıt"ın hücumçusu Peyman Babayi və "Neftçi"nin oyunçusu Steven Monroz hərəyə 6 qol vurublar.

Bombardirlər siyahısında yer alan ilk 10 oyunçudan yalnız 4-ü azərbaycanlıdır. "Qarabağ"dan Mahir Emrəli və İsmayıl İbrahimli, "Zirə"dən Nicat Süleymanov hərəyə 4 dəfə rəqib komandaları məyus ediblər.

Bu statistik nəticələrə görə, çempionatımızı məhsuldar hesab etmək olarmı?

Image result for Nazim Süleymanov

Məsələ ilə bağlı futbol mütəxəssislərinə müraciət etdik. Həmkarlar İttifaqının rəhbəri Nazim Süleymanov Offsideplus.az-a açıqlamasında çempionatın məhsuldarlığının aşağı olduğunu bildirib:

“8 komandalı turnirdən nəsə gözləmək olmaz. Klublar mövsüm ərzində bir-biri ilə 4 dəfə qarşılaşırlar. Bu da ümumi məhsuldarlığı aşağı salır. Baş məşqçilər müdafiədəki zəif nöqtələrini bilirlər və problemi rahat aradan qaldırırlar. Çempionatımızın müdafiəçiləri də bütün hücumçuları öyrəniblər. Onların üstün cəhətlərini, bacarıqların əzbərləyiblər. Bu da çempionatda məhsuldarlığın aşağı olmsına səbəb olur. Ümumilikdə qeyd etdiyiniz statistik məlumatlar çempionatın səviyyəsinin və məhsuldarlığının aşağı olmasının göstəricisidir”.

Azərbaycan milli komandasının köməkçi məşqçisi Arif Əsədov Premyer Liqanın məhsuldarlığının orta qiymətləndirib:

“Çempionatdakı komanlar bərabər səviyyədədirlər. Ümumi məhsuldarlığı nə çox, nə də az qiymətləndirmək olar. Hər oyuna görə ortalama 2,5 qol orta nəticədir. Matçlara nəzər saldıqda hansısa komandanın digərini böyük hesabla üstələməsinə şahid olmuruq. Oyunların gedişatı da klubların səviyyələrinin eyni olduğunu göstərir”.

Azərbaycanlı futbolçular qol vurmaqda niyə problem yaşayırlar?

Nazim Süleymanov yerli oyunçuların az fərqlənməsinin səbəbini ölkədə olan hücumçu qıtlığı ilə əlaqələndirib:

“Bombardirlik cədvəlinə fikir verin. Qol vuran yerli futbolçuların üçü də hücumçu deyillər. Bu da ölkədə forvard çatışmazlığının bariz göstəricisidir. Azərbaycan hazırda hücumçu qıtlığı var. Bu da yerlilərin çempionatda az fərqlənməsinə səbəb olur. Digər tərəfdən məşqçilər yerli hücumçulara güvənmirlər. Bütün klubların hücum xəttində ancaq legionerlərdir. Bu da ümumi göstəriciyə təsir edir”.

Arif Əsədov yerli futbolçuların çempionatda daha az fərqlənməsini hücumçu çatışmazlığı ilə əlaqələndirib:

“Bizdə bu mövqedə qıtlıq var. Bu səbəbdən də klublarımız hücumçu seçimində legionerlərə üstünlük verirlər. Bununla da, çempionatda daha çox əcnəbilər fərqlənməsinə imkan yaranır. Çempionatda çıxış edən sırf hücumçulardan bir Rauf Əliyev var, bir də Mirabdulla Abbasov. Onlarda ki, demək olar çox vaxt meydanda olmurlar. Bu da legionerlərin qol vurmaq imkanlarını yüksəldir”.

Əcnəbilərin daha çox fərqlənməsi onların səviyyələrinin üstün olması ilə əlaqəlidirmi?

Affa Həmkarlar İttifaqının sədri Nazim Süleymanov bu məsələdə “Sumqayıt”ın hücumçularını fərqləndirib:

“Aşağı səviyyəli çempionatda yüksək keyfiyyətlətlərə malik futbolçunun çıxış etməsi absurddur. Düşünmürəm ki, Premyer Liqadakı hücumçuların səviyyələri yüksəkdir. Bu baxımdan sadəcə “Sumqayıt”ı fərqləndirmək olar. Çünki onların hücumçularından biri 6, digəri isə 5 qol vurub. Hücumun arxasında oynayan Əmir Ağayev isə 4 dəfə fərqlənib. Bu göstəricilər onların səviyyələrinin Azərbaycan çempionatı üçün normal olduğunu deyə bilər. Lakin ümumi baxdıqda legionerlər o qədər də yüksək səviyyəli deyillər. Bu çempionatda normal hücumçu hər tura azı 1 qol vurmağı bacarmalıdır. Çünki bütün komandaları rahat tanıyırlar. Axırıncı dəfə het-trik edən hansı hücumçu var? Heç kim! Bu da onların səviyyələrinin göstəricisidir”.

Image result for arif əsədov

Millinin məşqçisi Arif Əsədov hücumçu qıtlığının legionerlərin üstün olmasına şərait yaratdığını bildirib:

“Premyer Liqanın bombardirlik siyahısına nəzər yetirdikdə legionerlərin çoxluq təşkil etdiyini görəcəyik. 10 nəfərlik cədvəldə 3 azərbaycanlı var. Onların heç biri hücumçu deyil. Ancaq Mahir bu mövqədə ara-sıra oynadılır. Klublarımız əcnəbilərə güvənirlər. Çünki hücumçu tapa bilmirlər. Bir tərəfdən də məşqçilər yerlilərə az şans verirlər. Keçən il Mirabdulla sonradan meydana çıxıb qollar vururdu. O biri mövsüm Amil Yunanov rəqibləri məyus edirdi. İndi isə özünü göstərə bilən hücumçu yoxdur. Bu səbəbdən də klublar legioner hücumçuların səviyyələrini daha üstün hesab edirlər. Onlara da əsas heyətdə şans verirlər. Oynayan hücumçunun da işi qol vurmaqdır. Onlar da əllərinə düşən şanslardan istifadə bəzən edirlər, bəzən də bacarmırlar”.

Sultan SoY