Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, Azərbaycan şahmatçılarından Teymur Rəcəbov  9-cu pillədəki yerini qoruyub (2 765 xal).

Şəhriyar Məmmədyarov isə 2 764 xalla 11-ci yerdə qalıb. Qədir Hüseynov (2 665) 72-ci, Nicat Abbasov (2 664) 74-cü pillədə yer alıb. 2 654 xalı olan Rauf Məmmədov 2 pillə geriləyərək 91-ci sıraya enib.

Siyahıya yenə norveçli dünya çempionu Maqnus Karlsen 2 863 xalla başçılıq edir.

Qadınlardan Günay Məmmədzadə 2 443 xalla 29-cu pillədəki mövqeyini qoruyub. 2 382 xala malik Gülnar Məmmədova 1 pillə irəliləyərək 75-ci sıraya yüksəlib. 2 376 xalı olan Xanım Balacayeva də 1 pilləlik irəliləyişlə əvvəlki mövqeyini (85) geri qaytarıb.