Koronavirusa görə Azərbaycanda keçirilməsi planlaşdırılan daha bir yarış təxirə salınıb.

Offsideplus.az xəbər verir ki, Naxçıvanın ev sahibliyi edəcəyi 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadası nəzərdə tutulan vaxtda olmayacaq.

Beynəlxalq Şahmat Federasiyasının qərarına əsasən 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadası bu ilin oktyabrında Naxçıvanda keçirilməliydi. 2-12 oktyabr tarixlərində təşkili planlaşdırılan yarış 2021-ci ildə baş tutacaq. Turnirin dəqiq tarixləri gələcək günlərdə açıqlanacaq.