Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, Dünya Kubokunun qalibi Teymur Rəcəbov 9-cu pillədəki yerini qoruyub - 2 765 xal.

Şəhriyar Məmmədyarov 2 764 xala 11-ci, Qədir Hüseynov 2 665 xalla 72-ci, Nicat Abbasov 2 664xalla 74-cü pillədə qərarlaşıb. Bir pillə irəliləyəm Rauf Məmmədov 89-cudur.

Qadınlardan Günay Məmmədzadə (2443) 29-cu, Gülnar Məmmədova (2382) 76-cı yerdə qərarlaşıb. Bir pillə geriləyən Xanım Balacayeva (2376) isə bir pillə geriləməklə 86-cıdır.

Siyahıda Maqnus Karlsen (Norveç, 2863) birinci, Fabiano Karuana (ABŞ, 2835) ikinci, Dinq Liren (Çin, 2791) isə üçüncüdür.