Şahmat üzrə İddiaçılar Turniri yarımçıq dayandırılıb.

Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı FİDE prezidenti Arkadi Dvorkoviç verib.

Qurum rəsmisinin məlumatına görə, buna səbəb koronavirus pandemiyası olub. Epidemiyaya görə, Rusiya Federasiyası ölkə sərhədlərini bağlayıb. 

FİDE də idmançıların sağlamlığını nəzərə alaraq turnirin yarımçıq dayandırılmasına qərar verib.

Qeyd edək ki, Şahmat üzrə Dünya kubokunun qalibi olan azərbaycanlı idmançı Teymur Rəcəbov bu turnirdə iştirak etməkdən imtina etmişdiı