Dünyanın ali şahmat qurumu FİDE rəsmi açıqlama yayıb.

Offsideplus.az xəbər verir ki, qurum bu ilin yayında keçirilməsi planlaşdırılan 44-cü Şahmat Olimpiadasının təxirə salındığını bəyan edib. Buna səbəb isə dünyada sürətlə yayılan koronavirus pandemiyası olub. Bütün şahmat cameəsinə müraciət edən FİDE mətəbər turnirin 2021-ci ildə keçiriləcəyini bildirib.

Qeyd edək ki, sözügedən yarış Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilməli idi.