Nizami E-Sport Arenada Lütfi Zadənin 99 illiyinə həsr olunan 3-cü turnir keçirilib.

Offsideplus.az xəbər verir ki, “GLA”in təşkil etdiyi “DOTA 2” turnirində 15 komanda 500 AZN mükafat fondu uğrunda mübarizə aparıb. Beş nəfərdən ibarət komandalar şəklində turnirə qatılan oyunçulardan ilk 3 pillənin sahibləri sonda “GLA” tərəfindən kubok və medallarla təltif olunub, eləcə də pul mükafatları qazanıblar.